Ekspert: ABŞ və Rusiya arasında dialoq Ukrayna üzrə danışıqlardan öncə qurulmalıdır – ÖZƏL

Ukrayna münaqişəsi üzrə danışıqlara başlamazdan əvvəl ABŞ və Rusiya arasında dialoq qurulmalıdır. 

Olaylar.az xəbər verir ki, bu fikri İsrailin keçmiş xüsusi xidmət orqanı "Nativ"in rəhbəri, politoloq Yakov Kedmi Bolqarıstanın "Pogled İnfo" portalına müsahibəsində ifadə edib.

"Danışıqlar növbəti mərhələdir. Dialoq nədir? Bu, hər iki tərəfin fikirlərini ifadə etməsi, bir-birini dinləməyə hazırlıq göstərməsidir. İndiyədək Qərblə Rusiya arasında hətta dialoq belə olmayıb", - deyə Kedmi vurğulayıb.

Ekspert qeyd edib ki, ABŞ və Rusiya arasında danışıqların gələcəyi dialoqun inkişafından asılı olacaq. Bu proses çərçivəsində tərəflər yalnız münaqişəyə dair fikirlərini bölüşəcəklər.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində Moskvanın ABŞ-lə normal münasibətlər qurmaq istədiyini bildirib. O, Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə Amerika xalqına, ABŞ tarix və nailiyyətlərinə hörmətini ifadə etdiyini xatırladıb. Lavrov əlavə edib ki, Moskva Rusiyanın və ABŞ-nin əməkdaşlıq edə bilməməsi üçün heç bir səbəb görmür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31