Poroşenko: Kiyev əsgərləri qurban vermək əvəzinə onları xilas etməlidir- ÖZƏL

Olaylar.az xəbər verir ki,  Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyini sərt şəkildə tənqid edib. O, Kiyevin əsgərləri ölümlə üz-üzə göndərdiyini, onların müdafiəsinə daha çox diqqət ayrılmalı olduğunu vurğulayıb.

Poroşenko bu fikirləri Atlantic Council təşkilatında çıxışı zamanı səsləndirib: "Ukrayna xalqını hücum əməliyyatları üçün vasitə kimi istifadə etməkdən vaz keçmək lazımdır. Ordunun bu istiqamətdəki fəaliyyəti böyük itkilərə səbəb olur və gələcəkdə ciddi mənfi nəticələr verəcək."

Keçmiş prezident ordunun rəhbərliyini PR kampaniyalarına son qoymağa və əsgərlərin müdafiəsinə fokuslanmağa çağırıb. Bundan əvvəl Ukraynada Poroşenkonun oğlu Aleksey Poroşenkonun çağırış vərəqəsini aldıqdan sonra hərbi komissarlığa getmədiyi üçün axtarışa verildiyi açıqlanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31