Mask Trampın seçki kampaniyasına ən azı 260 milyon dollar xərcləyib- ÖZƏL

Olaylar.az xəbər verir ki, CNN-in məlumatına görə, amerikalı milyarder İlon Mask ABŞ-də Donald Trampın prezident seçilməsi üçün ən azı 260 milyon dollar sərmayə qoyub. Bu, Federal Seçki Komissiyasının sənədlərində qeyd olunub.

Sənədlərə istinadən CNN bildirir ki, Maskın bu maliyyə dəstəyi onu Trampın seçki kampaniyasının ən iri siyasi sponsorlarından birinə çevirib.
"Sənədlər göstərir ki, İlon Mask Donald Trampın Ağ Evə qayıtması üçün ən azı 260 milyon dollar xərcləyib. Bu nəhəng dəstək onu prezident seçki kampaniyasının ən iri siyasi donorlarından biri edir," deyə xəbərdə qeyd olunub.

CNN xatırladıb ki, seçkilərdə qələbə qazandıqdan sonra Donald Tramp Maskı yeni yaradılan Hökumət Effektivliyi Departamentinə (DOGE) rəhbər təyin edib. Bu qurum dövlət xərclərinin azaldılmasını hədəfləyir.

Bundan əvvəl Newsweek jurnalı Trampın səkkiz milyarderi dövlət vəzifələrinə təyin etmək planlarını nəzərə alaraq, onun rəhbərlik edəcəyi administrasiyanın ABŞ tarixindəki ən varlı administrasiyalardan biri ola biləcəyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31