Lavrov: Finlandiya bir gecədə Rusiya ilə dostluq əlaqələrini pozdu- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Finlandiya ilə Rusiya arasındakı dostluq əlaqələri bir gecədə sona çatıb. O, Finlandiyanın İkinci Dünya Müharibəsinə hazırlıq illərinə qayıdaraq, Hitlerin ən yaxşı müttəfiqlərindən birinə çevrildiyini vurğulayıb.

Lavrov bu fikirlərini ABŞ jurnalisti Taker Karlsona verdiyi müsahibədə ifadə edib:
"Bizim Finlandiya ilə dostluq əlaqələrimiz var idi. Lakin bir gecədə onlar İkinci Dünya Müharibəsinə hazırlıq illərinə qayıdaraq Hitlerin ən yaxın müttəfiqlərindən biri oldular. Dostluq, sauna səfərləri, xokkey oyunları - hər şey bir anda yox oldu. Görünür, bu münasibət Finlandiyanın ürəyində gizli qalırdı, neytrallıq və dostluq onlara çətin gəlirdi."

Nazir əlavə edib ki, Qərbi Avropa Ukrayna vasitəsilə Rusiya sərhədlərinə yaxınlaşmaq istəyir. O, həmçinin Böyük Britaniyanın Azov dənizində hərbi-dəniz bazaları yerləşdirmək planlarını və NATO-nun Krımda baza qurmaq xəyallarını açıq şəkildə müzakirə etdiyini qeyd edib.

Taker Karlsonla müsahibə internetdə yayımlandıqdan sonra ilk bir saat ərzində bir milyondan çox baxış sayı toplayıb.

Sosial şəbəkə istifadəçiləri müsahibəni şərh edərək Rusiya Xarici İşlər Nazirinin mövqeyini dəstəkləyən fikirlər səsləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31