İranda güclü zəlzələdə 15 nəfər xəsarət aldı
5 Dekabr 2024 11:42 Dünyaİran Xuzistan vilayətində baş verən 5,2 bal gücündə zəlzələ nəticəsində xəsarət alanlar var.
Olaylar bildirir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, zəlzələ nəticəsində 15 nəfər xəsarət alıb. Zəlzələ ilə əlaqədar 2 kəndin yolu bağlanıb.
Qeyd edək ki, bu gün səhər saatlarından indiyə qədər Xuzistanda baş verən zəlzələnin afterşoklarının sayı 11-ə çatıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31