“Gürcüstana sanksiya tətbiq olunacaq”
5 Dekabr 2024 10:34 DünyaUkrayna Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək.
Olaylar.az bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə teleqram kanalında məlumat verib.
"Biz hüquqi sahədə cavabımızı hazırlayırıq və avropalılar, eləcə də digər tərəfdaşlarla konkret fəaliyyət üzərində işləyirik. Mən müvafiq sanksiya qərarlarının hazırlanmasını tapşırdım", - deyə o bildirib.
Zelenski sanksiyaların hansı sahələri əhatə edəcəyini və nə vaxt tətbiq ediləcəyini açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31