Saxta spirtli içkidən 46 nəfər zəhərləndi, 17-si öldü

İstanbulda son günlərdə saxta spirtli içkidən 46 nəfər zəhərlənib.

Olaylar xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, zəhərlənən şəxslərdən 17-si ölüb, 22 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı polis Şişli, Bəyoğlu, Kağıthane, Əsənyurd, Ümraniyə, Üsküdar, Sultanqazi və Bakırköy rayonlarında xüsusi əməliyyat keçirib. Əməliyyat çərçivəsində saxta alkoqollu içkilərin istehsalı və satışını təşkil edən 19 nəfəri saxlayıb.

Məhkəmənin qərarı ilə 8 nəfər barəsində həbs qərarı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31