KTMT rəhbəri Rusiya hərbi sənaye kompleksinin səmərəliliyini vurğulayır - ÖZƏL
4 Dekabr 2024 15:47 DünyaRusiya hərbi sənaye kompleksi səmərəli fəaliyyət göstərir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər arasında hərbi-texniki əməkdaşlıq davam edir.
Olaylar.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.
"KTMT ölkələri arasında hərbi-texniki əməkdaşlıq davam edir", o, mətbuat konfransında çıxışı zamanı deyib.
"Deməliyəm ki, Rusiya hərbi-sənaye kompleksi çox səmərəli işləyir".
"KTMT dövlətlərinə silah və hərbi texnikanın çatdırılmasına gəlincə, bunlar, ümumiyyətlə, ikitərəfli hərbi-texniki əməkdaşlıqla bağlı məsələlərdir", - Tasmaqambetov qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31