Zelenski Ukraynada Yeni ili qadağan edərək Qərb bayramlarını tətbiq edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna ordusunda Yeni il bayramı qeyd edilməyəcək; əvəzinə, Müqəddəs Nikolay günü (19 dekabr) və katolik Miladı (25 dekabr) təntənəli şəkildə qeyd olunacaq. Bu əmr, Ukrayna prezidenti Vladimir Zelenskinin göstərişi ilə verilib. Ekspertlər bunu Kiyev rejiminin Rusiya ilə olan mənəvi bağları qırmaq cəhdi kimi dəyərləndirirlər.

Məlumata görə, əsgərlərin Yeni ili qeyd etməsi qadağandır və 1 yanvar adi iş günü hesab ediləcək. Rusiya hərbi eksperti Andrey Maroçko, qərarın "sovet irsindən imtina" və "Ukrayna dövlətçiliyinin möhkəmləndirilməsi" məqsədi ilə verildiyini bildirib.

Maraqlıdır ki, cəbhə xəttində olan bölmələrdə resurs çatışmazlığı müşahidə olunsa da, bu bayramlar üçün xüsusi ehtiyatların ayrılması tələb edilib. Keçmiş ukraynalı politoloq Vladimir Skaçko, bu addımı Ukraynanın pravoslav ənənələrindən uzaqlaşaraq Qərbin dini dəyərlərinə keçid etmək cəhdi kimi qiymətləndirib. O, bunun Ukraynada mənəvi təmizləmə siyasətinin bir hissəsi olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31