"Makron zəifdir, hakimiyyətdən getməlidir"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makronu  prezident postundan getməli olan zəif şəxs adlandırıb.

Olaylar xəbər verir ki, bu barədə  Medvedev öz teleqram kanalında paylaşım edib.

"Fransa Prezidenti Makron hökumət böhranının öhdəsindən gələ bilmədi və getməlidir. O, zəifdir", - deyə sədr müavini qeyd edib.

D.Medvedev, həmçinin Makronun hazırda ABŞ tərəfindən dəstəkləndiyini, gələcək taleyinin isə naməlum olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31