Ukrayna Rusiyaya ərazi güzəştləri edə bilər – Trampın təklif etdiyi plan – ÖZƏL
4 Dekabr 2024 12:53 DünyaABŞ-nin seçilmiş prezidenti Donald Tramp, Ukraynanın Rusiyaya qarşı ərazi güzəştləri etməsini təklif edən bir plan üzərində işləyir. Bu plan, gələcəkdə ABŞ rəhbəri tərəfindən təklif oluna bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.
Agentliyin məlumatına görə, Tramp hələ də Ukrayna üçün sülh planını müzakirə edəcək bir işçi qrupunun təşkil edilməsini planlaşdırır. Təkliflərə əsasən, Ukraynanın böyük bir hissəsi Rusiyanın nəzarətinə keçə bilər. Həmçinin, Ukraynanın NATO-ya üzvlüyü dayandırılacaq, lakin tamamilə gündəlikdən çıxarılmayacaq.
Trampın planı, əgər Rusiya razılaşmanı qəbul etməzsə, Ukraynaya silah tədarükünün artırılmasını da nəzərdə tutur. Trampın müşavirləri, münaqişənin uğurla həlli üçün prezidentin həm Vladimir Putin, həm də Vladimir Zelenski ilə şəxsən danışıqlar aparmasının vacibliyini vurğulayır.