Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Əfqanıstan sakinləri üçün 28 ton yardım çatdırıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhər saatlarında Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Əfqanıstan əhalisi üçün humanitar yardımın növbəti partiyasını çatdırıb.

"Nazirliyin xüsusi reysi Əfqanıstan İslam Respublikasının əhalisi üçün humanitar yardımın beşinci partiyasını çatdırıb. Rusiya xilasediciləri ümumilikdə 28 metrik ton humanitar yük, yəni ərzaq təhvil veriblər", - nazirlikdən bildiriblər.

Humanitar çatdırılma Rusiya prezidenti Vladimir Putinin fərmanına və fövqəladə hallar naziri Aleksandr Kurenkovun göstərişinə əsasən həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31