Zaxarova: Cənubi Koreya qeyri-sabitliklə xarakterizə olunan ölkədir- ÖZƏL

Cənubi Koreya sabitlik baxımından qeyri-proqnozlaşdırıla bilən bir dövlət olduğunu son dövrlərdəki hadisələr göstərib. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Sputnik radiosunun efirində bildirib.

Zaxarova qeyd edib ki, "Bir çoxları başa düşüb ki, niyə Şimali Koreya, Pyonqyan öz təhlükəsizliyinə bu qədər narahatdır. Çünki onlar görürlər ki, bir neçə saat ərzində bir ölkə, elan edilmiş demokratiyadan, küçələrdə tanklarla, parlamentin zəbt olunması və insanlara qarşı güc tətbiq edilməsi ilə tam bir xaosa çevrilə bilər. Belə bir qeyri-sabit və ya əksinə, qeyri-proqnozlaşdırıla bilən qonşu ilə bu vəziyyətdə öz təhlükəsizliyini təmin etmək lazımdır."

Cənubi Koreya prezidenti Yoon Suk-yeol ölkədə hərbi vəziyyət elan edib, parlamentin və siyasi partiyaların fəaliyyəti dayandırılıb. Sonradan o, parlamentin müraciətini qəbul edərək bu qərarı ləğv edib.

Bu gün, 4 dekabrda, müxalifət dövlət başçısına qarşı impiçment prosedurunu başladacaq, bu məsələyə dair parlamentin səsverməsi isə bir neçə gün ərzində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31