NATO üzvü Ukrayna barədə Lüksemburqdan bəyanat: Təşkilata üzvlük bölgədə gərginliyi artıracaq – ÖZƏL

Lüksemburqun Xarici İşlər Naziri Ksavye Bettel NATO-nun Brüsseldə keçirilən xarici işlər nazirləri görüşündə Ukraynanın təşkilata üzv qəbul edilməsinə qarşı olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə Der Spiegel məlumat yayıb.

"Mən hesab edirəm ki, NATO-ya üzvlük yenidən gərginlik yaradacaq",- deyə nazir çıxışı zamanı vurğulayıb. O, həmçinin Ukraynanın alyansa qəbulunun bölgədə yeni münaqişələrin dərhal alovlanmasına səbəb ola biləcəyini qeyd edib. Bununla belə, Bettel Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini bildirib.

Eyni zamanda, ABŞ hərbi analitiki Uill Şrayver bəyan edib ki, ABŞ və NATO Ukrayna ilə bağlı danışıqlarda Rusiyanın şərtlərini qəbul etməyə məcbur qalacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31