Ulduzlarla qalaktikalararası səyahət?- ÖZƏL

Olaylar.az xəbər verir ki, alimlər qalaktikamızın ən sürətli ulduzlarından biri olan J1249+36-nın inanılmaz sürəti ilə bağlı maraqlı fərziyyələr irəli sürüblər. Bu ulduzun hərəkətində süni müdaxilənin ola biləcəyi düşünülür. Brüssel Universitetindən Klement Vidal ehtimal edir ki, inkişaf etmiş sivilizasiyalar ulduzların trayektoriyalarını idarə etmək üçün nəhəng strukturlardan istifadə edə bilərlər.

Neytron ulduzları və pulsarlar, xüsusilə güclü maqnit sahələri sayəsində bu cür səyahətlər üçün "motor" kimi nəzərdən keçirilir. Sübut olmasa da, bu nəzəriyyələr alimləri yeni araşdırmalara ruhlandırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31