Abxaziya Rusiya ilə bağlı sazişi ratifikasiya etmədi

Abxaziya "parlamenti" etirazlara səbəb olan Rusiya investisiya fəaliyyəti haqqında sazişin əleyhinə səs verib.

Olaylar xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Abxaz parlamentarilər növbədənkənar iclasda Rusiya hüquqi şəxslərinin Abxaziya ərazisində investisiyaları haqqında Rusiya hökuməti ilə sazişin ratifikasiyasına qarşı səs veriblər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Abxaziya "parlamentinin" Rusiya ilə investisiya sazişinin ratifikasiyası və çoxfunksiyalı layihənin tikintisinin müzakirəsindən sonra kütləvi etiraz aksiyaları başlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31