Ukraynada sülh səyləri gücləndirilməlidir - ÖZƏL
3 Dekabr 2024 12:05 DünyaOlaylar.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijjarto eskalasiya risklərinin artması fonunda Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli üçün səyləri artırmağa çağırıb.
Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə o bildirib ki, ölkəsinin hökuməti sülhməramlı missiyasını gücləndirmək niyyətindədir, çünki "Ukraynada eskalasiya riski indi heç vaxt olmadığı qədər yüksəkdir".
"Son 1000 gün göstərdi ki, bu müharibəni döyüş meydanında həll etmək mümkün deyil. Deməli, buna yalnız danışıqlar yolu ilə son qoymaq olar. Diplomatik kanallar dialoq üçün açıq qalmalıdır" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31