Rusiya, Türkiyə, İran və Qətər Suriyadakı hadisələri müzakirə edə bilər - ÖZƏL
3 Dekabr 2024 11:31 DünyaOlaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, Rusiya, İran, Türkiyə və Qətərin yüksək səviyyəli rəsmiləri Doha Forumu çərçivəsində Suriyadakı mövcud hadisələrlə bağlı danışıqlar aparmaq üçün görüşəcəklər.
"Çox güman ki, Suriyadakı vəziyyəti müzakirə etmək üçün gələn həftə Dohada Qətər, İran, Türkiyə və Rusiya nümayəndələrinin iştirakı ilə görüş keçiriləcək", - Əl-Cəzirə İran xarici işlər nazirinin sözlərindən sitat gətirib.
İranın Fars xəbər agentliyi Əraqçiyə istinad edərək, mümkün görüşün dörd ölkənin yüksək səviyyəli diplomatlarının iştirakı ilə dekabrın 7-8-də Doha Forumu çərçivəsində keçirilə biləcəyini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31