NATO Ukraynanın alyansa üzvlüyü tələbini rədd edə bilər – ÖZƏL

NATO ölkələri Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinin Şimali Atlantika Alyansına üzv olmasına dair tələblərini rədd etməyi planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın 2025-ci ilin yanvarında vəzifəsinə başladıqdan dərhal sonra Ukrayna və Rusiya arasında sülh razılaşmasına nail olacağına söz verməsi bu qərarın arxasındakı əsas səbəblərdən biri kimi göstərilir. Lakin Zelenski Kiyevin NATO-dan təhlükəsizlik təminatları almadan və Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım davam etmədən Moskva ilə danışıqlara başlamayacağını israr edir.

ABŞ və Almaniya hakimiyyətləri Ukraynanın alyansa üzvlüyünün NATO-nu Rusiya ilə birbaşa münaqişəyə sürükləyə biləcəyindən ehtiyat edirlər. NATO üzv dövlətlərinin nümayəndələri, hazırkı ABŞ administrasiyasının gedişindən sonra alyansın daha geniş hərəkət azadlığı əldə edəcəyinə və Kiyevi dəstəkləyəcəyinə ümid bəsləyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31