Danimarkada 1500 illik silah və zireh gizlənmiş xəzinə tapıldı- ÖZƏL

Olaylar.az xəbər verir ki. Danimarkada dəmir dövrünə aid, 1500 illik gizli xəzinə tapılıb. Arxeoloqlar qədim liderin evi altında çox sayda silah - nizələr, qılınclar və nadir zireh aşkar ediblər.

Tədqiqatçılar bu əşyaların, ehtimal ki, hərbi qələbədən sonra edilən ritual hədiyyələr olduğunu düşünürlər. Qazıntıların rəhbəri Elias Vitte Tomasen bildirib ki, tapıntı o dövrün ictimai quruluşunu və gündəlik həyatını daha yaxşı anlamağa kömək edir.

Lösning Sondermark ərazisində aparılan tikinti işləri zamanı aşkar edilən xəzinədə 119 nizə, 8 qılınc, bıçaqlar, balta və nadir sayılan zireh tapılıb. Cənubi Skandinaviya üçün belə zirehlər nadir hesab olunur, bu da tapıntını daha da dəyərli edir.

Bundan əlavə, tapıntılar arasında tunc boyunbağılar, at yəhəri və digər artefaktlar da var. Alimlər düşünürlər ki, silahlar ya yerli döyüşçülərə məxsus olub, ya da hərbi qənimət kimi əldə edilib.

Bu tapıntı, qonşu Vindelev şəhərindəki oxşar kəşflərlə bağlıdır, bu da bölgədə bir neçə güclü liderin mövcudluğunu göstərir. Arxeoloqlar, dəmir dövrünün hərbi mədəniyyətini daha dərindən araşdırmaq üçün qazıntıları davam etdirməyi planlaşdırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31