Alimlər Venerada maye suyun mövcudluğu nəzəriyyəsini təkzib etdilər- ÖZƏL
3 Dekabr 2024 11:08 DünyaOlaylar.az xəbər verir ki, Kembric Universitetinin alimləri müəyyən ediblər ki, Venerada heç vaxt maye su olmayıb. Bu, onun Yerə bənzərliyinə dair illərlə davam edən nəzəriyyələri alt-üst edir.
Araşdırmalar göstərir ki, Veneranın daxili çox qurudur və bu səbəbdən orada okeanların yaranması mümkün olmayıb. Planetin atmosferinin kimyəvi tərkibi, xüsusən də vulkanik qazlardakı suyun cəmi 6%-dən az olması, bu nəticəni təsdiqləyir.
Nəticələr Nature Astronomy jurnalında dərc olunub və bu, Yerin unikallığını bir daha vurğulayır. Alimlər, Veneraya bənzər planetlərin həyat üçün perspektivsiz olduğunu düşünürlər. NASA-nın qarşıdakı DAVINCI missiyası bu "quruluq" nəzəriyyəsini daha dəqiq təsdiqləməyə çalışacaq.
Bu tapıntılar, ekzoplanetlərdə həyat axtarışında yeni meyarlar formalaşdırmağa kömək edəcək.