Starmer: “Ukrayna münaqişəsinin həlli üçün danışıqlar vacibdir” – ÖZƏL

Böyük Britaniyanın Baş naziri Kiyr Starmer ilk dəfə olaraq Ukrayna münaqişəsinin həllində sülh danışıqlarının zəruri bir addım olduğunu bəyan edib. O, qeyd edib ki, bu məqsədə çatmaq üçün Londonun Kiyevə hərbi yardımını davam etdirməsi vacibdir. 

Olaylar.az xəbər verir ki, bu açıqlama Londonda hər il təşkil olunan Lord-mer banketində səsləndirilib.

Starmer vurğulayıb ki, Böyük Britaniya Ukraynanı dəstəkləmək və bu ölkənin özünü müdafiəsinə yardım etmək üçün əlindən gələni etməyə borcludur. Onun sözlərinə görə, danışıqlara başlamaq üçün Ukraynanın mövqeyini mümkün qədər gücləndirmək lazımdır.

"Ukraynanı danışıqlarda maksimum güclü mövqeyə gətirmək vacibdir ki, bu danışıqlar ədalətli və uzunmüddətli sülhü təmin etsin, Ukraynanın təhlükəsizliyini, müstəqilliyini və öz gələcəyini seçmək azadlığını qarantiləsin," - deyə Starmer bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31