ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək – ÖZƏL
3 Dekabr 2024 10:13 DünyaABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb. O bildirib ki, prezident Bayden Ukraynaya dəstəyi artırmaq üçün "əlavə tədbirlər seriyasını" təsdiqləyib. Bu tədbirlər arasında Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli Amerika raketlərindən istifadəyə icazə və yeni antirusiya sanksiyaları da yer alır.
Olaylar.az xəbər verir ki, Sallivan həmçinin ABŞ-nin yanvar ayının ortalarına qədər Ukraynaya yüz minlərlə artilleriya mərmisi, minlərlə raket və digər mühüm silahlar göndərəcəyini vurğulayıb.
Bundan əvvəl, noyabr ayının sonunda, ABŞ Dövlət Departamenti Lipetsk şəhərində fəaliyyət göstərən "Bearings on Lipetsk LLC" şirkətinə və İqor Miçurin adlı Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Amerikalı rəsmilərin fikrincə, bu şəxslər İran, Şimali Koreya və Suriya ilə kütləvi qırğın silahlarının yayılmaması haqqında qanunları pozublar.