Tramp Baydenin oğlunu əfv etməsini tənqid etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezident Baydenin oğlunu əfv etməsinə reaksiya göstərib.

Olaylar xarici mətbuata istinadən xəbər verir ki, Tramp kiçik Baydenin əfv edilməsini ədalət mühakiməsinin pozulması və sui-istifadəsi adlandırıb:

"Co tərəfindən Hunterə verilən əfv illərlə həbsdə olan J-6 Girovları da əhatə edirmi? Bu qədər sui-istifadə və ədalətdən uzaqlaşma!" Tramp Truth Social-da yazıb.

Qeyd edək ki, dekabrın 1-də Co Bayden oğlu Hanteri iki cinayət işi üzrə əfv edib. Prezident qeyd edib ki, Hanterin işinə bənzər hallar adətən daha yumşaq tədbirlərlə həll olunur, lakin onun konqresdəki rəqibləri bu ittihamlardan Baydenin prezidentliyinə qarşı istifadə ediblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31