Suriya ilə bağlı Rusiyanın mövqeyi – Kreml açıqladı
2 Dekabr 2024 15:41 DünyaRusiya Suriya Prezidenti Bəşər Əsədi dəstəkləməyə davam edir.
Olaylar xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, vəziyyətlə bağlı Moskva Dəməşqlə təmasdadır:
"Əlbəttə, biz Bəşər Əsədi dəstəkləyirik və buna uyğun olaraq Dəməşqlə təmaslarımızı davam etdiririk, vəziyyəti təhlil edirik".
Qeyd edək ki, "Təhrir əş-Şam" qruplaşması Hələb və İdlibi ələ keçirib, Azad Suriya Ordusu isə Tel-Rıfatı PKK terrorçularından təmizləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31