Gürcüstan parlamentinə təkrar seçkilər keçirilməyəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, təkrar parlament seçkilərinin təşkili məsələsinə baxılmır.

O, brifinqdə belə bir ehtimalla bağlı sualı cavablandırarkən deyib: "Xeyr, əlbəttə ki, yox. Bundan söhbət belə gedə bilməz".

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib, 18 partiya, o cümlədən 12 ildir hakimiyyətdə olan hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyası iştirak edib. Ölkənin Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarına görə, hakim partiya 53,93% səs toplayıb və parlamentdə 89 yer qazanaraq "Gürcü arzusu"na hökuməti müstəqil şəkildə formalaşdırmağa imkan verib. Bundan əlavə, Dəyişiklik Koalisiyası (11,03%) 19, Birlik - Milli Hərəkat (10,17%) 16, Güclü Gürcüstan koalisiyası (8,81%) 14, Qaxariya Gürcüstan Naminə partiyası (7,78%) mandat qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31