Kaya Kalas: Putinin dünya miqyasında təsiri artıb- ÖZƏL
2 Dekabr 2024 12:21 DünyaOlaylar.az Yeni Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kalas, Rusiya Prezidenti Vladimir Putinin dünya miqyasında təsirinin artdığını etiraf edib. Bu barədə o, Ukraynanın "Obşestvennoye" telekanalına verdiyi müsahibədə danışıb.
Kalas qeyd edib ki, Rusiya, İran, Şimali Koreya və Çin birgə çalışır. Onun sözlərinə görə, Rusiya prezidenti müxtəlif ölkələrdə real şəkildə təsirini artırır.
Əvvəllər Kalas, Avropanın Ukraynaya hərbi qüvvə göndərməsini istisna etmədiyini bildirmişdi. Onun sözlərinə görə, Qərb hərbi qüvvələri, müvəqqəti atəşkəs barədə mümkün razılaşmaların yerinə yetirilməsini təmin etmək məqsədilə yerləşdirilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31