Stoltenberq: “Ukrayna ərazilərindən müvəqqəti imtina sülhə aparan yol ola bilər” – ÖZƏL

NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ilə sürətli sülh əldə etmək üçün bəzi ərazilərindən müvəqqəti imtina edə biləcəyini istisna etməyib. 

Olaylar.az xəbər verir ki, bu barədə Almaniyanın Tagesschau televiziya xidməti məlumat yayıb.

Stoltenberqin sözlərinə görə, Qərb üçün atəşkəs xətti vacibdir və bu xətt bütün əraziləri, o cümlədən suveren Rusiya torpaqlarını əhatə etməlidir. "Amma bunun yaxın gələcəkdə real olmadığını görürük", - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, Kiyev üçün təhlükəsizlik zəmanətlərinə nail olmaq önəmlidir. Stoltenberqin fikrincə, bu zəmanətlər NATO üzvlüyü şəklində ola bilər. Bununla yanaşı, Ukraynaya dəstək üçün başqa yolların da mövcud olduğunu qeyd edib, lakin detallara varmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31