Livanda 240-dan çox tibb işçisi öldürülüb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Livandakı Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) 2023-cü ilin oktyabr ayından bəri İsrail və şiə Hizbullah hərəkatı arasında gedən döyüşlər nəticəsində Livanda ən azı 241 tibb işçisinin öldürüldüyünü bildirib.

2023-cü il oktyabrın 8-dən etibarən "səhiyyə müəssisələrinə 158 hücum olub, 241 tibb işçisi vəzifə yerinə yetirərkən həlak olub, 292-si yaralanıb", yeniləmədə deyilir.

Onun sözlərinə görə, təkcə 2024-cü ilin oktyabr ayının ortalarından indiyədək 86 belə hücum qeydə alınıb, nəticədə 180 nəfər ölüb, 213 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31