Planeti təhdid edən torpaq deqradasiyası sürətlənir – ÖZƏL

Hər il dünyada 1 milyon kvadrat kilometr məhsuldar torpaq deqradasiyaya uğrayır. Hal-hazırda yararsız torpaqların sahəsi 15 milyon kvadrat kilometrə çatıb ki, bu da Antarktidanın ərazisindən daha çoxdur. 

Olaylar.az xəbər verir ki, bu barədə The Guardian qəzeti Potsdam İqlim Dəyişiklikləri Araşdırma İnstitutunun hesabatına istinadən məlumat yayıb.

Araşdırmada torpaq deqradasiyasının əsas səbəbi kimi qeyri-dayanıqlı kənd təsərrüfatı metodlarının tətbiqi göstərilib. Torpağın məhsuldarlığını itirməsi nəticəsində geniş ərazilər səhralaşmaya məruz qalır.

Eyni zamanda, son günlərdə Yer kürəsini kosmosdan gələn güclü partlayış dalğası vurub. Bunun səbəbi iki qalaktikanın fəlakətli toqquşması olub.

Bundan əlavə, elm adamları 13 aprel 2029-cu ildə böyük bir asteroidin Yerə yaxınlaşacağını və onun minlərlə parçalarının planeti vura biləcəyini proqnozlaşdırırlar.

Elm dünyasında Səthdə günəş aktivliyinin maksimuma çatacağı 2025-ci ilin yayı da diqqətlə izlənir. Bu, Yer üzərində ciddi təsirlər yarada bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31