Merts Şoltsu almanları Rusiya ilə müharibə ilə qorxutmaqda ittiham etdi- ÖZƏL
2 Dekabr 2024 10:44 DünyaOlaylar.az xəbər verir ki, Almaniyada kanslerliyə namizəd, müxalif Xristian-Demokrat və Xristian-Sosial İttifaqları (XDS/XSS) fraksiyasının rəhbəri Fridrix Merts, hazırkı kansler Olaf Şoltsu seçki kampaniyasında alman xalqını Rusiya ilə müharibə qorxusu ilə manipulyasiya etməkdə tənqid edib. Bu barədə "T-Online" nəşri məlumat yayıb.
Merts bildirib ki, Şolts özünü "sülh kansleri" kimi təqdim edir və yüksək mənəvi dəyərlərə malik "uzaqgörən lider" imici yaradır, lakin bu xüsusiyyəti başqalarına rəva görmür.
O, əlavə edib ki, Şoltsun partiyası alman cəmiyyətində köklü qorxularla manipulyasiya etməkdən çəkinməyib.
Qeyd edək ki, daha əvvəl Olaf Şolts Sosial-Demokrat Partiyasının konfransında ilk seçki nitqində Almaniyanın təhlükəsizliyinin riskə atılmaması və Rusiyaya qarşı ultimatumların verilməməsi gərəkdiyini vurğulamışdı.