Zelenski: “Ukrayna ordusunun vəziyyəti çətindir, diplomatiya lazımdır”- ÖZƏL
2 Dekabr 2024 10:41 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Yaponiyanın Kyodo agentliyinə müsahibəsində Ukrayna ordusunun Krım və digər əraziləri geri qaytarmaq üçün kifayət qədər gücə malik olmadığını etiraf edib. O, problemin diplomatik yolla həllinin vacibliyini vurğulayıb.
Agentlik bildirir ki, Zelenski şərq cəbhəsində Rusiya ordusunun fəal irəlilədiyini və Kiyev üçün vəziyyətin mürəkkəb qaldığını qeyd edib.
Bununla yanaşı, Zelenski Qərbdən aldığı milyardlarla dollarlıq hərbi yardımdan narazılığını ifadə edib və yardımın artırılmasını tələb edib. O, NATO-nun Ukraynanın təhlükəsizliyini təmin etmək üçün əvəzolunmaz olduğunu bildirib.
"NATO Ukraynanın təhlükəsizliyi üçün vacibdir", - deyə Zelenski vurğulayıb və ölkəsinin alyansa üzvlük danışıqlarına dəvət olunmasını istəyib.
Bundan əvvəl Zelenski Qərb ölkələrindən Ukraynaya qoşun göndərmələrini xahiş etməyəcəyini bildirmişdi.