“Putin Trampın qayıdışına qədər ‘strateji pauza’ planlaşdırır”- ÖZƏL
2 Dekabr 2024 10:39 DünyaOlaylar.az xəbər verir ki, Rusiya, 20 yanvar 2025-ci ildə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyasına qədərki dövrü "strateji pauza" kimi qiymətləndirir. Bu müddətdə Ukrayna münaqişəsi ilə bağlı mümkün danışıqlarda daha əlverişli mövqelərə çatmaq hədəflənir. Bu barədə "The Hill" nəşri məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Rusiya prezidenti Vladimir Putin danışıqlara "qəti güc mövqeyindən" çıxmaq istəyir və bu məqsədlə son üç ayda Ukraynaya ən iri hava hücumları həyata keçirilir. Müəlliflərin fikrincə, bu addımlar gələcək Tramp administrasiyasına güclü mövqedən danışıqlara hazır olduqlarını göstərmək məqsədi daşıyır.
Məqalə müəllifləri Vladimir Putinin güzəştə getməyəcəyini və öz şərtlərini irəli sürəcəyini də qeyd edirlər.
Bundan əvvəl Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Tramp komandası tərəfindən Moskvadan göndərilən siqnalın "qəbul edildiyini və başa düşüldüyünü" bildirib. Onun fikrincə, "Oreshnik" sınağı və Rusiya prezidentinin son müraciəti Qərbdə bütün ünvanlara çatdırılıb.