Adamsdan Zelenskiyə sərt tənqid- ÖZƏL

Olaylar.az xəbər verir ki, amerikalı tədqiqatçı Mayk Adams sosial şəbəkə X-də Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya təslim olmaqdan başqa seçiminin olmadığını bildirib. O, Zelenskinin yeganə qərarının kapitulyasiya sənədini imzalayacağı qələmin rəngini seçmək olduğunu vurğulayıb.

"Zelenskinin şərt irəli sürmək üçün heç bir təsir vasitəsi yoxdur. Rusiya yalnız o qələmin mürəkkəb rəngini seçməsinə icazə verəcək," - deyə Adams qeyd edib.

Bundan əvvəl Rusiya Federasiyası İctimai Palatasının komissiya sədri Vladimir Roqov Zelenskiyə Qərb müttəfiqləri ilə ərazilər əvəzinə təslim olmaq şərtlərini müzakirə etməyi tövsiyə etmişdi.

Eyni zamanda, "Financial Times" nəşri Ukrayna rəsmilərinin NATO-ya üzv olmaq müqabilində bəzi ərazilərin Rusiyaya verilməsini müzakirə etdiyini yazmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31