Zaxarova: “Baydenin oğlunu əfv etməsi demokratiyanın karikaturasıdır” – ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Co Baydenin oğlu Hanteri əfv etməsini "demokratiyanın karikaturası" adlandırıb. 

Olaylar.az xəbər verir ki, bu fikrini o, "İzvestiya" qəzetinə müsahibəsində ifadə edib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden öz oğlunu əfv edib. Bu barədə Ağ Evin nümayəndələri məlumat yayıb. Hanter Bayden vergidən yayınma və qanunsuz silah əldə etmə ittihamları üzrə təqsirləndirilirdi. Məhkəmə bu işlər üzrə hökmü 2024-cü ilin dekabrında elan etməli idi.

Keçmiş ABŞ Prezidenti Donald Tramp da bu məsələyə reaksiya verib. O, Baydenin bu qərarını "sui-istifadə və ədalətə qarşı təhqir" kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31