NATO Finlandiya sahillərində təlimlər keçirdi
30 Noyabr 14:14 DünyaFinlandiyanın ərazi sularında "Stingdantys veai 2024" beynəlxalq hərbi dəniz təlimi keçirilib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Litva Müdafiə Nazirliyi yayıb. Təlimlərdə ABŞ, Fransa, Almaniya, Danimarka, İsveç, Estoniya, Latviya, Litva və Finlandiyadan ümumilikdə 4,5 minə yaxın əsgər və dənizçi, 30 gəmi iştirak edib.
Açıqlamada deyilir ki, təlim zamanı Litva əsgərləri Finlandiya Sahil Batalyonunun kəşfiyyat bölüyü və ABŞ dəniz piyadaları ilə birlikdə ərazinin, adanın və obyektin kəşfiyyat və reyd missiyalarını yerinə yetiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31