Ankarada terror təşkilatlarına qarşı istintaq - 23 şübhəli həbs edilib
30 Noyabr 13:30 DünyaTürkiyənin Ankara şəhərində FETÖ/PDY və PKK/KCK terror təşkilatlarına qarşı aparılan iki ayrı istintaq çərçivəsində saxlanılan 47 şübhəlidən 23-ü həbs edilib.
Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən FETÖ/PDY və PKK/KCK təşkilatlarına qarşı iki istintaq aparılıb.
Məlumata əsasən, istintaq çərçivəsində FETÖ/PDY ilə bağlı 35 şübhəlidən 33-ü tutulub. Saxlanılanlardan 14-ü həbs edilib, 19-u məhkəmə nəzarəti ilə azad edilib, 2 şübhəli barəsində isə axtarış qərarı çıxarılıb.
PKK/KCK ilə bağlı aparılan digər istintaqda 15 şübhəlidən 14-ü tutulub. Bu şəxslərdən 9-u həbs edilib, 5-i məhkəmə nəzarəti ilə azad edilib, 1 şübhəli barəsində axtarış qərarı çıxarılıb.
Qeyd edək ki, daha əvvəl Ankara Baş Prokurorluğu 26 noyabr tarixində FETÖ/PDY istintaqı çərçivəsində 35, PKK/KCK istintaqı çərçivəsində isə 15 şübhəli barəsində həbs qərarı vermişdi.