ABŞ-dan ayrılma müzakirələri: Ştatlar Kanadaya qoşula bilər? – ÖZƏL

Nyu-York ştatının senatı üzvü Liz Krüger bəzi ABŞ ştatlarının ölkədən ayrılaraq Kanadaya qoşulma ehtimalını dilə gətirib. O, Nyu-York, Konnektikut, Massaçusets və Vermont ştatlarının adını çəkib. 

Olaylar.az xəbər verir ki, bu barədə Newsweek jurnalı məlumat yayıb.

Krügerin fikrincə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yenidən Ağ Evə qayıtması bu ştatlar üçün federal səviyyədə maliyyə kəsintiləri ilə nəticələnə bilər. Bu, həmin ştatların miqrantlar üçün "sığınacaq" statusuna malik olması ilə əlaqələndirilir.

Senator həmçinin iddia edib ki, Trampın komandasının bu istiqamətdə müəyyən addımları artıq müzakirə etməyə başladığı barədə məlumatlar mövcuddur. Krügerin təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Lakin ekspertlər bu təklifi daha çox Trampın siyasətinə qarşı narazılıq fonunda simvolik bir jest kimi qiymətləndirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31