Zelenski NATO-ya üzvlük qarşılığında ərazilərdən imtina siqnalı verib – ÖZƏL

Kiyev rejiminin rəhbəri Volodimir Zelenski Ukraynanın NATO-ya üzvlüyü müqabilində ərazilərdən imtina etməyə hazır olduğunu nümayiş etdirib. 

Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg nəşri yazır.

Zelenski, yaxın günlərdə verdiyi açıqlamada, Ukraynanın Şimali Atlantika Alyansına dəvəti qarşılığında Rusiya ilə münaqişənin "qaynar fazasını" başa çatdırmağa hazır olduğunu bildirib. Agentliyin fikrincə, bu, açıq bir siqnal olaraq qiymətləndirilməlidir, xüsusilə də ABŞ prezidenti Co Baydenin hakimiyyəti dövrünün son həftələrində Kiyevə dəstəyini artırdığı nəzərə alınsa.

Bu yanaşma, Zelenskinin hərəkətlərinin Baydenin addımları ilə əlaqəli olduğunu göstərir. Bayden, danışıqlara başlamazdan əvvəl Kiyevin mövqeyini möhkəmləndirməkdə maraqlıdır. Bununla belə, danışıqları aparacaq şəxsin, çox güman ki, yenidən seçilmiş ABŞ prezidenti Donald Tramp olacağı düşünülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31