Qets: Ukraynanın NATO-ya dəvət edilməsi ideyası dəhşətlidir – ÖZƏL

ABŞ-nin sabiq konqres üzvü Mett Qets Ukraynanın NATO-ya dəvət edilməsi ideyasını "dəhşətli" adlandırıb. 

Olaylar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Mett Qets bu açıqlamanı Ukrayna prezidenti Volodimir Zelenskinin son bəyanatından sonra verib. Zelenski bildirib ki, Ukraynanın Şimali Atlantika Alyansına rəsmi dəvəti münaqişəni dayandırmağa hazır olduğunu göstərərdi. Lakin Qets bu fikrin yolverilməz olduğunu vurğulayıb və Ukraynanın NATO-ya üzv olması ideyasını dəhşətli hesab etdiyini bildirib.

"Ukraynanın NATO-ya qəbul edilməsi dəhşətli bir ideya olardı," - deyə keçmiş konqresmen qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31