Donald Tramp "Şükran Günü"nü ailəsi, məşhurlar və İlon Musk ilə birlikdə qeyd edib.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə Tramp və qonaqlar "Village People" qrupunun əfsanəvi "YMCA" mahnısını birlikdə oxuyaraq əyləniblər.
Bayramda Trampın həyat yoldaşı Melania, oğlu Barron, qızı Tiffany, oğlu Eric və gəlini Lara Trump da iştirak edib.
Sosial mediada yayılan görüntülərdə Maskın ailə tədbirinə tam uyğunlaşdığı, hətta məşhur aktyor Sylvester Stallone ilə söhbət etdiyi də müşahidə olunub.
Həmin anları təqdim edirik: