Qərbin növbəti inqilab cəhdi baş tutmayacaq - ÖZƏL
29 Noyabr 20:02 Dünya"Ümumiyyətlə, Gürcüstanda inqilab ssenarisi olub, işləyib, hakimiyyət dəyişikliyinə səbəb olub və bu dəyişiklik də nəticə etibarilə Gürcüstana çox ciddi problem yaşadıb".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Gürcü xalqı, ümumiyyətlə Gürcüstan xalqı inqilabdan sonra baş verənləri yaxşı xatırlayır. Torpaq itkisi bir tərəfdən, Abxaziya digər tərəfdən, Güney Asetiya, gərgin münasibətlər və s. bunu Gürcüstan xalqı xatırlayır. Ona görə də, Qərbin növbəti inqilab cəhdi mənim zənnimcə baş tutmayacaq. Çünki əhalinin böyük əksəriyyəti belə sərt dəyişimə qarşıdır. Yəni ölkədə davamlı sabitlik istənilir, eyni zamanda, inkişaf istənilir, bərabərində də qonşu dövlətlərlə normal münasibətlərə üstünlük verilir. Əvvəl belə idi ki, inqilab edəcəyik, Qərbə inteqrasiya olunacaq, Rusiya üstümüzə gəlsə, Qərb bizi müdafiə edəcək və s. Gürcüstan xalqı bunu əməldə gördü. Yəni 2008-ci ildə Rusiya tankları Tibilisinin 30 km-liyinə qədər gəlib çıxmışdı və Qərbdən də səs yox idi. Yalandan bəzi Qərb liderləri gəlib Tiflisdə 1-2 dəfə mitinqdə iştirak etdilər və onunla da məsələ bitdi. Nə bir qoşun yeritsinlər, nə bir silah versinlər, nə Rusiyaya qarşı sərt təpki versinlər, heç nə baş vermədi. Yəni Gürcüstan xalqı Rusiyanın qarşısında yalnız başına qaldı. İndiki ssenarilər keçən deyil, bunlar bir dəfə o səhvi ediblər, başlarına gələni xatırlayırlar, növbəti dəfə belə bir şeyin olmasına imkan verən deyillər. Qərbin məqsədi təbii ki odur ki, Gürcüstanı ümumiyyətlə Rusiyanın nəzarətindən ümumiyyətlə çıxarsınlar, birbaşa öz nəzarətlərinə keçirsinlər. Amma öz nəzarətində olanda da Gürcüstan xalqı gördü ki, başlarına nə gəlir. Ona görə bu ssenarilər burada işləməyəcək".