Makron ilk dəfə afrikalı əsgərlərin Fransa ordusu tərəfindən öldürülməsini qətliam adlandırıb
29 Noyabr 16:45 DünyaFransa prezidenti Emmanuel Makron ilk dəfə 1944-cü ildə Qərbi Afrika əsgərlərinin Fransa ordusu tərəfindən öldürülməsini qətliam adlandırıb.
Olaylar Fransa KİV-lərinə istinadən xəbər verir ki, bu barədə E.Makron Seneqal hakimiyyətinə ünvanladığı məktubda bildirib.
Bildirilir ki, afrikalı əsgərlərin İkinci Dünya Müharibəsi zamanı Seneqalın paytaxtı Dakarın kənarında yerləşən balıqçı kəndi Tiaruada öldürülməsinin 80-ci ildönümü ərəfəsində Makronun bu addımı Parisin Qərbi Afrikadakı keçmiş Fransa koloniyalarında təsirini itirməsi ilə əlaqədardır.
1940-cı Fransız ordusu üçün döyüşən 35 ilə 400 arasında Qərbi Afrika əsgəri fransız əsgərləri tərəfindən öldürülüb. Onların öldürülməsinə səbəb 1 dekabr 1944-cü ildə ödənilməmiş maaşlara görə üsyan etmələri olub.
Qərbi Afrikalılar Fransa ordusunda müstəmləkəçi piyada korpusu olan "Tirailleurs Senegalais" adlı bölmənin tərkibində vuruşublar. Tarixçilərin fikrincə, qətliamdan əvvəlki günlərdə ödənilməmiş əmək haqları ilə bağlı mübahisələr yaranmışdı, lakin dekabrın 1-də fransız qoşunları əsasən silahsız olan Qərbi Afrika əsgərlərini toplayıb güllələmişdilər.