Livanda atəşkəs pozulacağı təqdirdə İsrail hərtərəfli müharibəyə hazırdır - ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Livanda atəşkəs pozulacağı təqdirdə orduya "hərtərəfli müharibəyə" hazır olmağı əmr edib.

O, deyib: "Mən İsrail Müdafiə Qüvvələrinə atəşkəsin pozulacağı təqdirdə Livanda hərtərəfli müharibəyə hazırlaşmağı əmr etdim. Əgər razılaşma pozularsa, biz hərtərəfli müharibəyə gedəcəyik".

İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi fəaliyyətə başlayandan bəri ilk atəşkəs razılaşması noyabrın 27-də səhər qüvvəyə minib. ABŞ prezidenti Co Bayden İsrail və Hizbullah hərəkatı arasında əldə olunan razılaşmanın Livan ordusuna və dövlət təhlükəsizlik qüvvələri 60 gün ərzində ölkə ərazisinə nəzarəti bərpa etsin. Bundan sonra İsrail qoşunları tədricən Livandan çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31