Almaniya geri çağırdığı səfirini İrana göndərdi
29 Noyabr 2024 13:15 DünyaOktyabrın 30-da İranı tərk edən Almaniya səfiri Markus Motsel noyabrın 28-də Tehrana geri qayıdıb və vəzifəsinin icrasına başlayıb.
Olaylar xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 29-da Almaniya vətəndaşı Cəmşid Şarməhdin Tehranda edam edilməsindən sonra Almaniya Xarici İşlər Nazirliyi səfiri Tehrandan geri çağırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31