Qərb ölkələri Ukraynada 100 minlik “sülhməramlı” kontingent yerləşdirmək niyyətindədir – ÖZƏL

Qərb ölkələri Ukraynada 100 min hərbçidən ibarət "sülhməramlı kontingent" yerləşdirməyi planlaşdırır.

Olaylar.az xəbər verir ki, bu haqda Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosu məlumat yayıb. 

XKX-in məlumatına görə, bu addım "sülhməramlıların yerləşdirilməsi" adı altında Ukraynanın faktiki işğalını nəzərdə tutur. "Qərbdən tələb olunan vəzifələrin icrası Ukraynanın faktiki işğalını tələb edəcək. Əlbəttə ki, bu, ölkəyə chr("39")sülhməramlı kontingentinchr("39") yerləşdirilməsi adı altında həyata keçiriləcək," - deyə qurumun açıqlamasında bildirilib.

Kəşfiyyat məlumatlarına əsasən, planlaşdırılan "işğalçı qüvvələr" Ukraynanın müəyyən ərazilərini nəzarətə götürməyi nəzərdə tutur. Bu plana görə:
    •    Qara dəniz sahilləri Rumıniyaya,
    •    Qərb bölgələri Polşaya,
    •    Mərkəzi və şərq bölgələri Almaniyaya,
    •    Şimal bölgələri, o cümlədən Kiyev, Böyük Britaniyaya veriləcək.

Bundan əvvəl Serbiyanın Politika qəzeti Avropa ölkələrinin Ukrayna ordusunun məğlubiyyətindən sonra Ukraynanın bölünməsinə hazırlaşdığını qeyd etmişdi. Nəşrin məlumatına görə, Polşa, Slovakiya, Macarıstan və Rumıniya tarixi maraqlarına əsaslanaraq Ukraynadan "bir parça" götürməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31