Büdcə çatışmazlığı rus kosmonavtlarının Aya uçuşunu gecikdirir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Sirius Gənc Alimlər Konqresində Rokosmos dövlət korporasiyasının baş direktorunun müşaviri Oleq Qorşkov, Rusiyanın Aya kosmonavt göndərmə planlarının təxirə salındığını açıqlayıb.

Gecikmənin əsas səbəbi, pilotlu missiyalar üçün zəruri olan super-ağır daşıyıcı raketin hazırlanması üçün maliyyələşmənin olmamasıdır. Layihənin təxirə salınması büdcə məhdudiyyətləri ilə bağlıdır ki, bu da hazırda belə bir raketin yaradılmasını mümkünsüz edir.

Bu bəyanat Rusiyanın kosmik tədqiqatlarının gələcəyinə həsr olunmuş iclasda səsləndirilib. Müzakirələrdə kosmosun ölkə üçün elmi-texnoloji inkişafın hərəkətverici qüvvəsi olub-olmayacağı da gündəmə gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31