Tbilisidəki etirazlar zamanı 30-dan çox polis əməkdaşı xəsarət alıb – ÖZƏL
29 Noyabr 2024 10:20 DünyaTbilisidə parlament qarşısında keçirilən hökumət əleyhinə aksiya zamanı 30-dan çox polis əməkdaşı xəsarət alıb.
Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi açıqlamaya görə, 32 polis əməkdaşı aksiyaçılar tərəfindən törədilən zorakı hərəkətlər nəticəsində xəsarət alıb. Onlardan bir neçəsi baş və göz nahiyəsindən ciddi zədələr alıb. Ümumilikdə 13 nəfərə tibbi yardım göstərilib, onlardan biri hələ də xəstəxanada müalicə alır.
Etirazların dağıdılması zamanı hüquq-mühafizə orqanları 43 aksiya iştirakçısını saxlayıb. Saxlanılanlar polisə tabe olmamaq və xırda xuliqanlıq daxil olmaqla müxtəlif qanun pozuntularında ittiham olunurlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31