Bayden Netanyahuya Qəzzada atəşkəslə bağlı saziş bağlamağı tövsiyə edib
28 Noyabr 2024 10:11 DünyaABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında onu Qəzza zolağında girovların azad edilməsi və atəşkəslə bağlı HƏMAS ilə saziş bağlamağa çağırıb.
Olaylar-ın məlumatına görə, bu barədə "Axios" portalı xəbər verib.
"Axios" mənbələrinin məlumatına əsasən, danışıq İsrail Nazirlər Kabinetinin Livanda atəşkəs razılaşmasını təsdiqləməsindən sonra baş tutub. Danışıq zamanı HƏMAS ilə razılaşmaya və girovların azad edilməsi məsələsinə toxunulub.
"İndi imkanımız var. Gəlin girovları azad edək", - deyə Bayden bildirib.
Bildirilib ki, İsrailin baş naziri müsbət reaksiya verib və bildirib ki, o girovları azad etməyə cəhd etmək istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31