İsrail Nazirlər Kabineti ABŞ-ın təklif etdiyi Livan atəşkəs planını təsdiqləyib - ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyuahunun ofisi bəyan edib ki, İsrail Livanda ABŞ-ın təklif etdiyi atəşkəs planını rəsmən qəbul edib.

"Bu gecə hərbi kabinet ABŞ-ın Livanda atəşkəslə bağlı təklifini təsdiqlədi. Qərar on nazir tərəfindən dəstəkləndi, biri əleyhinə çıxdı", - baş nazirin ofisi bildirib.

O, Vaşinqtonun sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib və əlavə edib ki, İsrail "istənilən təhlükəsizlik təhdidinə cavab vermək hüququnu özündə saxlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31